Barselona turist əlindən bezib – daha otel tikilməcəyək

İspaniyanın Barselona şəhər hakimiyyəti yeni otellərin tikintisini qadağan etməyə hazırlaşır. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi şəhərə gələn turist sayının getdikcə artması göstərilir. Şəhər hakimiyyətinin fikrincə, turistlərin çox olması yerli sakinlərə maneçilik törədir. Öz növbəsində, şəhər sakinləri etiraz aksiyası keçirərək daşınmaz əmlak spekulyasıyasına spn qoymağı tələb edirlər, belə ki, bu, qiymət artımına səbəb olur. Yeni qanun otellərin təklif etdiyi turistlər üçün yer sayını məhdudlaşdıracaq, yeni mehmanxanaların tikintisinə və turizm mənzillərinə lisenziyaların verilməsinə moratoriya qoyacaq. Hazırda Barselonada otellərdə 75 min yer və lisenziyalı turizm mənzillərində 50 minə yaxın yer mövcuddur, bu qədər də yer qeyri-qanuni təklif edilir. Ötən il 1,6 milyon əhalisi olan şəhərə 32 milyon turist gəlib.

DİGƏR XƏBƏRLƏR

Top