Vəkil Elşad Məmmədov həbs edildi − Yenilənib


Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.
Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***14:43
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
“Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir. Amma Vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.
Faktla bağlı araşdırma aparılır”, - sayt yazır.

DİGƏR XƏBƏRLƏR

Top