Çin 800 yerlik nəhəng təyyarə istehsal edir


Çin tədqiqatçıları 800-dən çox insan daşımaq üçün nəzərdə tutulmuş yeni sərnişin təyyarəsinin modelini təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, “Uçan qanad” adlı layihə Çin Aerodinamik Tədqiqat və İnkişaf Mərkəzinin (CARDC) mütəxəssisləri tərəfindən hazırlanıb.
Konseptin eni 85 metr, uzunluğu isə 43 metrdir. Qanadlarının uzunluğu isə Amerikanın “B-2 Spirit” bombardmançı təyyarəsinin qanadlarının uzunluğundan təxminən 1,6 dəfə böyükdür.
Yeni təyyarənin dizaynı gövdəni, qanadları və quyruğu tək bir konstruksiyada birləşdirir. Tədqiqatçılar bu dizaynın daha böyük məsafə təmin edəcəyinə və enerji istehlakını azalda biləcəyinə inanırlar. Layihə əvvəlcə 250 sərnişin üçün nəzərdə tutulub, lakin sonradan 800 sərnişinə qədər genişləndirilib.
Çin eyni zamanda 280 yerlik uzun mənzilli C929 və səsdən sürətli C949 sərnişin təyyarələri də daxil olmaqla digər böyük aviasiya layihələrini inkişaf etdirir.
Müqayisə üçün deyək ki, “Airbus A380”in təxmini sərnişin tutumu 555 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top