Rusiya Xarkovu bombaladı: 10 nəfər öldü – Fotolar


Rusiya Xarkov vilayətinin Çuquevski rayonunun Peçeneqi qəsəbəsinə raket zərbəsi endirib.
Yeniavaz.com
UNIAN agentliyinə istinadla xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov yaralıların tibbi yardım aldıqlarını qeyd edib.
Onun sözlərinə görə, hücum raketlərlə həyata keçirilib. On fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı yeddi avtomobilə ziyan dəyib.
Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, Rusiya qüvvələri Peçeneqi qəsəbəsinə yerli vaxtla təxminən səhər saat 8:40-da Peçeneqi qəsəbəsinə hücuma başlayıb.
Prokurorluqdan bildirildiyinə görə, insanların ölümünə səbəb olan müharibə cinayətinin törədilməsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı məhkəməyəqədər istintaq başlanıb.
Zərbələr qəsəbənin mərkəzi hissəsini, kafelərin, poçt şöbəsinin və mağazaların yerləşdiyi ərazini hədəf alıb.
Qəsəbədəki dağıntılar hələ də təmizləndiyindən ölən və yaralananların sayı dəqiq deyil. Zərbələr bir-birindən təxminən 50 metr radiusda baş verib və onlardan biri kafeyə dəyib.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukraynaya təxminən 150 PUA atıb.

DİGƏR XƏBƏRLƏR

Top