Kaliforniyanın ABŞ-dan ayrılmasına doğru: referendum üçün imza toplanılır

Kaliforniya ştatının ABŞ-dan ayrılmasının (“Calexit”) tərəfdarı olan “Yes California” hərəkatanın üzvləri konstitusiyaya dəyişiklik üzrə referendumun keçirilməsi üçün imza toplanmasına başlamaq məqsədilə hakimiyyətdən icazə alıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əgər refrendum keçirilsə və təşəbbüs səsverənlərin çoxunun razılığını alsa, Kaliforniyanın ABŞ-ın ayrılmaz tərkib hissəsi olması və ABŞ konstitusiyasının dövlətin əsas qanunu olması barədə tezislərin yer aldığı Kaliforniya konstitusiyasının maddələri ləğv ediləcək. Bu da öz növbəsində Kaliforniyanın ABŞ-ın tərkibindən çıxması üzrə referendumun keçirilməsini mümkün edəcək.

DİGƏR XƏBƏRLƏR

Top