Dializ xəstəsi olan həyat yoldaşı üçün lift düzəltdi – Fotolar


Türkiyənin Osmaniye rayonunda 71 yaşlı təqaüdçü Hamdi Yaşar Kandemir dializ xəstəsi olan həyat yoldaşı üçün lift düzəldib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, bu lifti həyat yoldaşının 60 pilləkənli dağ evlərinə asanlıqla qalxması üçün öz imkanları ilə düzəltdiyini bildirib.
Hamdi Yaşar Kandemir həyat yoldaşı Döne Kandemirlə Çukurovanın qızmar yay istisindən qaçmaq üçün 36 ildir yay aylarını Osmaniyenin Ölükbaşı yaylasında keçirdiklərini qeyd edib.
O, həyat yoldaşının həftədə 3 gün dializ aldığını və bu liftin köməyi ilə artıq evlərinə qalxmaq üçün heç bir çətinlik çəkmədiyini bildirib.
Hamdi Yaşar Kandemir lifti düzəltməmişdən əvvəl həyat yoldaşının yıxılıb omba sümüyünü sındırdığını və əməliyyat olunduğunu qeyd edib.
Xəstəxanada müalicə alarkən, o, həyat yoldaşının yenidən pilləkənlərlə qalxmaqda çətinlik çəkməməsi üçün öz imkanları ilə lift düzəldib.
Kandemir ailəsi təxminən 800 kiloqram yükgötürmə qabiliyyətinə malik bu liftdən həmçinin alış-verişlərini və ağır əşyalarını daşımaq üçün istifadə edir.
Kandemir 49 illik həyat yoldaşı ilə sevərək evləndiyini və hələ də onu sevdiyini bildirib.
“Bu lifti həyat yoldaşım üçün düzəltdim. Həyat yoldaşımla sevərək edvləndim və hələ də onu sevirəm. Bu lifti o, xəstəxanada olanda düzəltdim. O, mənim simurq quşumdur. Onun üçün hər şeyə hazıram. Bu lift onun üçün azdır, Allahın izni ilə hətta ona qanad da taxaram”, - o qeyd edib.


DİGƏR XƏBƏRLƏR

Top