Si Cinpin ABŞ-yə gedir – Tramp təsdiqlədi


ABŞ Prezidenti Donald Tramp Si Cinpinin Ağ Evə qarşıdan gələn səfərini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
ABŞ lideri sentyabrın 24-də Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşməyi gözlədiyini qeyd edib.
Tramp həmçinin bildirib ki, sentyabr ayında Ağ Evdə və dekabr ayında G20 sammitində keçiriləcək görüşlərlə yanaşı, onlar noyabr ayında Çində keçiriləcək APEC sammitində də görüşəcəklər.
Si Cinpinin sentyabrın 23-ü axşam saatlarında ABŞ-yə gələcəyi və sentyabrın 25-də geri uçacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top