Moskvaya son iki ilin ən böyük hücumu edildi – Video


Avqustun 17-dən 18-ə keçən gecə və səhər Moskva kütləvi dron hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə Moskvada qeydə alınan partlayışların və meydana gələn yanğınların əks olunduğu onlarla kadr yayılıb.
Yerli hakimiyyət orqanları hava hücumundan müdafiə sistemlərinin Ukrayna dronlarını ələ keçirdiyini bildirib.
Məlumata görə, bütün Moskva hava limanları müvəqqəti olaraq bağlanıb.
Moskva meri Sergey Sobyanin sosial mediada paylaşım edərək bildirib ki, 17 avqust axşamından 18 avqust səhər saat 5-dək Moskva bölgəsinə doğru 620 dron uçub.
Onun sözlərinə görə, Moskva səmasında 180 dron məhv edilib.
Rusiyanın dövlət xəbər agentliyi TASS Sobyaninin məlumatlarına istinadən yazıb ki, bu, son iki ildə Moskvaya edilən ən böyük hücum cəhdi olub.

DİGƏR XƏBƏRLƏR

Top