Macarıstan Rusiyaya tətbiq edilən sanksiyalardan 6,5 milyard dollar itirib

Macarıstan Xarici işlər naziri Peter Siyarto Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mənasız olduğunu bəyan edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Siyarto deyib ki, Macarıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mənasız olduğu qənaətindədir. Onun sözlərinə görə, Macarıstan bu sanksiyalar nəticəsində 6,5 milyard dollar itirib. Nazir həmçinin Budapeştin Moskvanı təhlükə mənbəyi kimi görmədiyini və Rusiyaya qarşı sanksiyaların qaldırılmasının tərəfdarı olduğunu vurğulayıb: "Mən Rusiyanı Macarıstan üçün təhlükə kimi görmürəm. Mən polşalı dostlarımın mövqeyinə hörmət edirəm. Baltikadan olan dostlarımın isə bu məsələ ilə bağlı mövqeyi fərqlidir. Rusiya NATO üzvlərinə hücum etməyəcək. Bu, Rusiyanın maraqlarına uyğun deyil".

DİGƏR XƏBƏRLƏR

Top