
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, onunla Şimali Koreya lideri Kim Çen In arasında anlaşma yaranıb.
Yeniavaz.com xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Kim Çen In mənə həmişə böyük hörmətlə yanaşıb. Bir neçə dəfə, əsasən iki dəfə görüşmüşük. Görüşdük və danışdıq. Mən onu başa düşürəm, o da məni başa düşür. Mən onunla çox yaxşı yola gedirəm”, - Tramp deyib.
ABŞ Prezidenti Kim Çen Inın danışıqlar təklifinə cavab verib-verməməsi ilə bağlı suala müsbət cavab verib:
“Çox müsbət idi”.
Tətbiqimizi yükləyə bilərsiniz