Kanye Uest Rusiyaya gedir


Kanye Uest kimi tanınan amerikalı reper Ye Rusiyanın Sankt-Peterburq şəhərində çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “Say Agency” agentliyi məlumat yayıb.
Təşkilatçıların sözlərinə görə, konsertlər 10 və 11 oktyabr tarixlərində “Qazprom Arena”da keçiriləcək. Biletlərin qiyməti 9000 (180 manat - red.) ilə 160.000 rubl (3 200 manat - red.) arasında dəyişir. TASS-ın məlumatına görə, ən sərfəli biletlər təxminən bir saat ərzində satılıb.
Qeyd edək ki, Ye-nin yeni “Bully” albomunu dəstəkləyən dünya turnesi 2026-cı ilin aprelində başlayıb. O vaxtdan bəri reper öz ölkəsində və xaricdə, o cümlədən Gürcüstanda bir neçə konsert verib. Ötən həftəsonu Ye Qazaxıstanda çıxış edib.

 

DİGƏR XƏBƏRLƏR

Top