
Qara dəniz yaxınlığındakı İstanbulun Arnavutköy rayonundakı bir çimərlikdə naməlum bir sursat aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IHA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, yerli sakinlərin xəbərinə cavab olaraq jandarma bölməsi onu əlavə müayinə üçün xüsusi mərkəzə aparıb.
Qeyd edək ki, avqustun 15-i İstanbulun eyni ərazisində pilotsuz təyyarənin qalıqları aşkar edilib; tərkibində partlayıcı maddə olmayıb. Pilotsuz təyyarənin kimə aid olduğu hələ də məlum deyil.
Qeyd edək ki, bu yaxınlarda Türkiyənin Qara dəniz əyalətlərində dəfələrlə partlayıcı maddələr olan pilotsuz uçuş aparatlarının qalıqları aşkar edilib. Həmçinin pilotsuz qayıq da sahilə çıxıb və bomba zərərsizləşdirmə mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz