
Bu ilin birinci yarısında Azərbaycanda 40 min 798 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9-dan 8-ə enib.
Eyni dövrdə ölkədə 30 min 625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,8-dən 6-ya yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkədə 45 min 616 körpə doğulub, 29 min 400 nəfər isə vəfat edib.
Qeyd edək ki, son illərdə Azərbaycanda doğum sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Belə ki, 2022-ci ilin ilk yarısında ölkədə 61 min 234 körpə dünyaya gəldiyi halda, bu ilin ilk yarısında doğulan körpələrin sayı 40 min 798 nəfər olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz azalma deməkdir.
İllər üzrə ilk yarımildə doğulan körpələrin sayı belə olub:
2022-ci il – 61 234 nəfər;
2023-cü il – 53 918 nəfər;
2024-cü il – 48 702 nəfər;
2025-ci il – 45 616 nəfər;
2026-cı il – 40 798 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz