Dünyada spirtli içkinin ən çox və ən az içildiyi ölkələr hansılardır? – Siyahı


Şərqi Avropa ölkələri dünyada adambaşına düşən spirtli içki istehlakına görə ilk sıralarda yer alırlar.
Yeniavaz.com
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən xəbər verir ki, adambaşına ən çox spirtli içki istehlakı Rumıniyada qeydə alınıb.
Ölkədə bu göstərici il ərzində 17,1 litr təşkil edib. Rumıniyanı 15,5 litrlə Gürcüstan, 14,7 litrlə Latviya, 14,1 litrlə Moldova və 13,7 litrlə Çexiya izləyib.
Regionun digər ölkələrində də göstəricilər yüksək olaraq qalır. Litva, Polşa, Bolqarıstan, Belarus, Macarıstan və Slovakiyada adambaşına illik alkoqol istehlakı 11 litrdən çoxdur.
ABŞ-də ildə adambaşına 9,8 litr təmiz spirt istehlak edilib. Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və İrlandiya kimi inkişaf etmiş ölkələrdə də istehlak səviyyəsi illik 10 litr ətrafında və ya daha yüksək olub.
Bununla yanaşı, alkoqol istehlakı Avropanın müxtəlif ölkələrində eyni deyil. İtaliya və Yunanıstan kimi Cənubi Avropa ölkələrində göstəricilər Şərqi Avropanın bəzi ölkələrindən aşağıdır. İsveç, Finlandiya və Danimarka kimi Skandinaviya ölkələri isə qlobal miqyasda orta-yüksək səviyyədə qərarlaşıb.
Mütəxəssislərin qeyd etdiyi əsas amillər arasında içki mədəniyyəti, qiymət və vergilər, dövlət tənzimlənməsi, ictimai səhiyyə siyasəti və dini-mədəni normalar yer alır.
Dünyada ən aşağı alkoqol istehlakı göstəricilərinə malik ölkələrin bir çoxunda spirtli içkilərin istifadəsinə dini və mədəni məhdudiyyətlər mövcuddur.
İran, Küveyt, Pakistan və Səudiyyə Ərəbistanı kimi müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə adambaşına illik alkoqol istehlakı çox aşağı səviyyədə olub. Bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində isə spirtli içkilərin satışı və istifadəsi qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılır və ya qadağan edilir.
181 ölkənin yer aldığı siyahıda keçmiş SSRİ və region ölkələrində adambaşına düşən illik spirtli içki istehlakı aşağıdakı kimi olub:
2. Gürcüstan – 15,5 litr
3. Latviya – 14,7 litr
4. Moldova – 14,1 litr
5. Litva – 12,2 litr
6. Belarus – 11,4 litr
7. Rusiya – 10,5 litr
8. Estoniya – 10,5 litr
9. Ukrayna – 7,4 litr
10. Qazaxıstan – 5,4 litr
102. Ermənistan – 4,3 litr
104. Qırğızıstan – 3,9 litr
123. Türkmənistan – 3 litr
132. Azərbaycan – 2,3 litr
133. Türkiyə – 2,2 litr
134. Özbəkistan – 2,1 litr
159. Tacikitsan – 0,7 litr
179. İran – 0,1 litr


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top