
“Tesla Model Y” 2026-cı ilin birinci yarısında qlobal minik və kommersiya avtomobillərinin satış reytinqində üç pillə irəliləyərək, birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “focus2move” portalı 162 ölkədən statistikalara istinadla məlumat yayıb.
Portalın məlumatına görə, onun bazar payı 1,2%-ə (+2,2 faiz bəndi) çatıb. Asiyada 8,4%, Amerikada 5,2% artım qeydə alınıb.
“Toyota Corolla” bütün regionlarda artım göstərərək, 1,2% payla (+29,5%) ikinci yeri tutub. “Ford F-Series” isə 1% payla (-11,7%) ilk üçlüyü tamamlayıb.
“Toyota RAV4” isə əvvəlki mövqeyini itirərək, dördüncü yerə düşüb (-5,3%).
“Honda CR-V” isə beşinci yerdə qərarlaşıb (-1,6%). “Toyota Camry” isə 37,6% azalmaya baxmayaraq altıncı yerə yüksəlib. “Chevrolet Silverado” yeddinci (+1%), “Hyundai Tucson “səkkizinci (+7,6%), “Volkswagen Tiguan” doqquzuncu (+9,5%), “Kia Sportage” isə onuncu (-2,5%) olub.
Elektrikli nəqliyyat vasitələri seqmentində “Tesla Model Y” 8,5% (+24%) payla liderliyini qoruyub. Ona ən yaxın nəticəni isə 3% (-5,3%) payla “Geely Xingyuan” göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz