Ən çox “Michelin” ulduzlu restoran hansı ölkədədir? – Tam siyahı


Fransa “Michelin” ulduzlu restoranların sayına görə dünya ölkələri arasında ilk sırada qərarlaşıb.
Yeniavaz.com
“Michelin Guide” tərəfindən yayımlanan məlumatlara istinadən xəbər verir ki, ölkədə ümumilikdə 641 “Michelin” ulduzlu restoran fəaliyyət göstərir. Onlardan 31-i üç “Michelin” ulduzuna sahibdir.
Fransa ikinci pillədəki İtaliyanı 265 restoran fərqi ilə qabaqlayır. İtaliyada 376, Yaponiyada 351, Almaniyada 336, İspaniyada isə 283 “Michelin” ulduzlu restoran var.
Üç ulduzlu restoranların sayına görə də Fransa liderdir. Bu kateqoriyada Yaponiyada 20, İspaniya və ABŞ-də isə 16 restoran yer alır.
“Michelin” ulduzu restoranlara beş əsas meyar üzrə qiymətləndirmədən sonra verilir. Bunlara məhsulların keyfiyyəti, bişirmə texnikasına yiyələnmə, dadların harmoniyası, aşpazın mətbəxdə özünəməxsus üslubunu ifadə etməsi və ziyarətlər arasında sabit keyfiyyət daxildir.
“Michelin”in qiymətləndirməsinə əsasən, bir ulduz yüksək keyfiyyətli mətbəxə, iki ulduz yolunu dəyişməyə dəyər əla mətbəxə, üç ulduz isə xüsusi səfərə layiq müstəsna mətbəxə işarə edir.
“Michelin” ulduzlu restoranların sayına görə ölkələr aşağıdakı kimi təqdim olunub:
Fransa – 641
İtaliya – 376
Yaponiya – 351
Almaniya – 336
İspaniya – 283
ABŞ – 276
Birləşmiş Krallıq – 193
İsveçrə – 143
Çin – 138
Belçika – 129
Niderland – 119
Avstriya – 80
Honkonq – 75
Tayvan – 53
Portuqaliya – 46
Sinqapur – 40
Cənubi Koreya – 39
Danimarka – 38
Kanada – 38
Tayland – 36
Monako – 28
Braziliya – 25
İsveç – 23
Meksika – 23
Norveç – 22
İrlandiya – 21
Makao – 19
Birləşmiş Ərəb Əmirlikləri – 19
Türkiyə – 14
Xorvatiya – 13
Yunanıstan – 12
Lüksemburq – 11
Argentina – 10
Sloveniya – 9
Vyetnam – 9
Malayziya – 9
Macarıstan – 8
Polşa – 7
Finlandiya – 7
Malta – 7
San Marino – 6
Litva – 4
İslandiya – 3
Çexiya – 2
Serbiya – 2
Qətər – 2
Latviya – 2
Estoniya – 2
Andorra – 1
Lixtenşteyn – 1


Məlumat üçün bildirək ki, restoranlara verilən “Michelin” ulduzlarının tarixi avtomobil sənayesinin inkişafı ilə başlayıb. 1889-cu ildə Fransada Andre və Edouard Michelin qardaşları velosiped və sonradan avtomobil təkərləri istehsal edən “Michelin” şirkətini qurublar. Həmin dövrdə Fransada avtomobillərin sayı az, yollar və səyahət infrastrukturu isə zəif olub. Qardaşlar avtomobildən daha çox istifadə olunmasını və bununla da təkərlərə tələbatın artmasını təşviq etmək üçün 1900-cü ildə sürücülərə yol xəritələri, yanacaqdoldurma məntəqələri, avtomobil servisləri, otellər və restoranlar haqqında məlumat verən “Michelin Guide” adlı səyahət bələdçisi nəşr etməyə başlayıblar.
Restoranların keyfiyyətinin qiymətləndirilməsi sonradan səyahət bələdçisinin əsas istiqamətlərindən birinə çevrilib. Restoranlara ilk “Michelin” ulduzu 1926-cı ildə verilib. 1931-ci ildə isə bir, iki və üç ulduzdan ibarət sistem yaradılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top