İndoneziyada zəlzələdə ölənlərin sayı 68 nəfərə çatdı


İndoneziyanın Flores adasında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ən azı 213 nəfər yaralanıb.
Hakimiyyət orqanları bu rəqəmin arta biləcəyi barədə xəbərdarlıq edib.
İtkin düşmüş şəxslər barədə məlumat verilməyib.
Təxminən 1300-dən çox evə ziyan dəyib və təxminən 5000 sakin 14 günlük fövqəladə vəziyyət çərçivəsində müvəqqəti sığınacaqlara yerləşdirilib.
Şənbə günündən bəri təxminən 1576 afterşok qeydə alınıb. Bu təkanlardan sonra adada daha 5,9 bal gücündə zəlzələ olub.
Elektrikin və rabitənin kəsilməsi, həmçinin əsas yollarda torpaq sürüşməsinin baş verməsi xilasetmə işlərinə ciddi şəkildə mane olur.
Fəlakət bölgəsinə 3500-dən çox hərbi və polis əməkdaşı, eləcə də 275 ton humanitar yardım göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top