
“Hörümçək Adam: Yeni Gün” filminin qlobal gəlirləri 2 milyard dolları keçib.
Yeniavaz.com “Box Office Mojo” jurnalna istinadən xəbər verir ki, film kinoteatrlarda nümayiş olunduqdan təxminən üç həftə sonra bu mərhələyə çatıb və bu mərhələyə belə tez çatan tarixdə ikinci film olub.
Üçüncü həftəsonu nəticələri ilə “Hörümçək Adam: Yeni Gün“ həmçinin 2009-cu ildə Şimali Amerikada 785,2 milyon dollar gəlir gətirən “Avatar“ filmini də geridə qoyub.
Dünya miqyasında 2 milyard dollarlıq həddə çatan ən sürətli film cəmi 11 gün ərzində bu həddə çatan “Qisasçılar: Son oyun“ olub. “Hörümçək Adam: Yeni Gün“ filmi isə təxminən üç həftə ərzində bu həddə çatıb.
Film artıq 2021-ci ildə çəkilən və kassada 1,9 milyard dollar gəlir əldə edən “Hörümçək Adam: Evə Yol Yoxdur“ filminin qlobal gəlirini də keçib.
Tətbiqimizi yükləyə bilərsiniz