
ABŞ-nin əsas məqsədi İranda nüvə silahının olmamasıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“Bir nömrəli məqsəd İranın heç bir şəraitdə, heç bir şəkildə və ya heç bir formada nüvə silahının olmamasıdır və həmişə də belə olacaq”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl iddia etmişdi ki, Amerika ordusu Hörmüz boğazına tam nəzarət edir. O, İranın donanma və ya hava qüvvələrinin olmadığını və qalan qoşunların maaş almadığını əlavə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz