Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ikinci ölkə olub


Azərbaycanın Gürcüstana birbaşa xarici investisiyaları 2025-ci ildə 214,4 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (“Geostat”) yenilənən məlumatlarında qeyd olunub.
Bildirilir ki, ötən il ölkəyə ümumilikdə 1 milyard 900,4 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Bu, 2024-cü ilin göstəricisindən 19,3 faiz, 2025-ci il üzrə ilkin göstəricidən isə 12,5 faiz çoxdur.
“Geostat”ın məlumatına əsasən, 2021-ci ildə Gürcüstana 1 milyard 293,6 milyon dollar, 2022-ci ildə 2 milyard 258,3 milyon dollar, 2023-cü ildə 2 milyard 69,9 milyon dollar, 2024-cü ildə isə 1 milyard 592,7 milyon dollar birbaşa xarici investisiya qoyulub.
2025-ci ildə Gürcüstana yatırılan investisiyaların böyük hissəsi təkrar investisiyaların payına düşüb. Belə ki, 1 milyard 900,4 milyon dollarlıq ümumi investisiyanın 1 milyard 567,5 milyon dollarını təkrar investisiyalar təşkil edib. Yeni investisiyaların həcmi isə 686 milyon dollar olub. Təkrar investisiyaların ümumi xarici birbaşa investisiyalarda payı 82,5 faiz təşkil edib.
Ölkələr üzrə ən böyük investisiya Birləşmiş Krallıqdan gəlib – 426,6 milyon dollar. Azərbaycan 214,4 milyon dollarla ikinci, Türkiyə isə 202,4 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Sektorlar üzrə isə ən çox investisiya maliyyə və sığorta fəaliyyətinə yönəldilib. Bu sahəyə 633 milyon dollar sərmayə qoyulub ki, bu da ümumi investisiyaların 33,3 faizinə bərabərdir.
Daşınmaz əmlak sektoru 254,7 milyon dollar və 13,4 faiz payla ikinci, ticarət sektoru isə 191 milyon dollar və 10 faiz payla üçüncü yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top