
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə səfər oyunu üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın vauçerləri bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.
Vauçerləri “İticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.
Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.
“FC Twente Stadion”da Azərbaycan təmsilçisinin azarkeşləri 325 və 326-cı sektorlara “Gate X” girişindən daxil olacaqlar.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-si Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz