Yüzlərlə miqrant Seutada etiraz aksiyası keçirdi – Sığınacaq tələb edirlər...


Bu yaxınlarda İspaniyanın Seuta anklavına gələn yüzlərlə miqrant məşhur şəhər çimərliyində etiraz aksiyası keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.
Məlumata görə, onlar İspaniya hakimiyyətini onları Mərakeşə geri göndərmək əvəzinə sığınacaq verməyə çağırıblar.
Miqrantlar İspaniya bayraqları və “Mərakeşə qayıtmaq istəmirik” yazılı plakatlar qaldıraraq, “Bizə həll yolu lazımdır” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, şəhər resurslarının çatışmazlığı səbəbindən miqrantların əksəriyyəti El Trampolin çimərliyində və ya şəhərin kənarında qeyri-sabit şəraitdə yaşayır, kontinental Avropaya səyahət etmək fürsətini gözləyirlər.
Xatırladaq ki, bu həftənin əvvəlində İspaniya daxili işlər naziri Fernando Qrande-Marlaska ölkəyə qanunsuz daxil olan miqrantların anklavda qalmasına, İspaniyanın materik hissəsinə səyahət etməsinə və ya qanuni status almasına icazə verilməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top