
Futbolçu Kriştianu Ronaldo və model Corcina Rodriqesin gizli toylarından ilk fotolar yayılıb.
Yeniavaz.com xəbər verir ki, şəkillər “İnstaqram”da dərc edilib.
Kriştianu Ronaldo və Corcina Rodriqes Amerikannın “Vogue” jurnalının redaksiya heyətini şənliklərinə dəvət ediblər.
Cütlük jurnalın bir neçə üz qabığında yer alıb.
Gəlin toyları üçün ağ köynək, pencək, karandaş yubka və brilyant sırğalar seçib. Bəy isə bej rəngli şalvar-kostyum geyinib.
Hər iki məşhur “Gucci” geyimləri geyiniblər. Buna səbəb isə onların brendin Madriddəki mağazasında tanış olmaları olub.
“Corcina və Kriştianunu geyindirmək mənə inanılmaz dərəcədə xoş idi. Çünki onların sevgi hekayəsi Madriddəki “Gucci” mağazasında başlamışdı”, - deyə brendin kreativ direktoru Demna Qvasaliya etiraf edib.
Mərasim cütlüyün qonaq otağında baş tutub. Mərasimdən sonra cütlük və uşaqları Məryəm Ana ziyarətgahına gediblər və orada xeyir-dua alıblar.
Qeyd edək ki, 11 avqust 2025-ci ildə Rodriqes Ronaldo ilə nişanlandığını “İnstaqram”da elan edib. O, üç daşdan hazırlanmış nişan üzüyünün şəklini dərc edib. Zərgər Acay Anandın sözlərinə görə, üzük təxminən 30 karat ağırlığında D kateqoriyalı brilyantdır. Üzüyün 5 milyon dollar dəyərində olduğu təxmin edilir.
Cütlüyün rəsmi nikahı isəbu ilin 11 avqustunda baş tutub. Ronaldo toyun 2026-cı il Dünya Kubokundan sonra və Səudiyyə Ərəbistanı Liqası mövsümünün başlamasından əvvəl baş tutacağını bildirib. O, Rodriqesin böyük şənlikləri sevmədiyi üçün tədbirin qapalı keçiriləcəyini qeyd edib.
Xatırladaq ki, Ronaldo və Rodriqes bundan əvvəl nikah müqaviləsi imzalamışdlar.





Tətbiqimizi yükləyə bilərsiniz