AB liderləri Malta və Romada təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Avropa Birliyi (AB) liderləri arasında Malta və Romada keçiriləcək görüşlərdə terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brexıt), həmçinin ABŞ-ın yeni prezidenti ilə bağlı ortaya çıxa biləcək problemlər müzakirə ediləcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland mətbuata açıqlamasında Avropanın bir çox təhlükələr qarşısında qaldığını söyləyib: "Avropanın sərhədləri yaxınlığında terrorizm, müharibə təhlükəsi özünü hiss etdirməkdədir. Bundan əlavə iqlim dəyişiklikləri də bizi narahat edir. Amma gəlin, açıq danışaq. Bizi daha çox narahat edən ABŞ-da baş verənlərdir. Bu da ilk növbədə ABŞ-ın yeni administrasiyası ilə ticarət və münaqişələrin həllinə münasibətdə nümayiş etdirdiyimiz mövqeyimizlə bağlıdır. Biz ABŞ-ın xalq tərəfindən seçilən prezidenti ilə əlaqə quracağıq. Ancaq bütün hallarda onunla aparacağımız danışqlarda öz maraqlarımızı qoruyub saxlyacağıq".

Olland həmçinin Breksıtın də (Brexit) AB üçün ciddi çağırış olduğunu və liderlərin görüşündə bu məsələnin də əsas müzakirə hədəflərindən olacağını söyləyib. O eyni zamanda Avropanı xaricdən deyil, daxildən də bir çox təhlükələrin gözlədiyini və bəzi qüvvələrin bundan AB-ni parçalamaq üçün istifadə etdyinə diqqəti cəlb edərək bunun qarşısını almaq üçün müvafiq tədbirlər görüləcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top