
Azərbaycanda Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında qeyd edib.
“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”, - deyə paylaşımda qeyd edilib.
Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.
— İlham Əliyev (@azpresident) August 17, 2026
20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin… pic.twitter.com/6CA8eO6ELS
Tətbiqimizi yükləyə bilərsiniz