Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı


Bu ilin ilk 7 ayı ərzində Azərbaycana 807 milyon 429 min dollar dəyərində 41 min 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 643 dollar (33 min 393 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana 1 milyard 171 min dollar dəyərində 63 min 401 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 470 dollar (31 min 398 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 22 min 296 ədəd azalıb. Bir ədəd avtomobilin orta gömrük dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% və ya 1 995 manat artıb.
Məlumat üçün bildirək ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalında da kəskin azalma qeydə alınb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı 2,4 dəfə azalaraq 29 min 958 ədəddən 12 min 521 ədədə düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top