Azərbaycan yumurtanı Belarusdan 20 qəpiyə alıb, BƏƏ-yə isə 12 qəpiyə satıb


Bu ilin ilk yarısında Azərbaycandan xaricə ümumi dəyəri 1 milyon 352,53 min dollar olan 18 milyon 703,44 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurta yalnız bir ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərilib.
BƏƏ-yə ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 7,2 sent (12,3 qəpik) olub.
Qeyd edək ki, eyni dövürdə Azərbaycana Belarusdan 44,92 min dollar dəyərində 386,4 min ədəd yumurta idxal edilib. Belarusdan idxal olunan bir ədədinin orta gömrük dəyəri 11,6 sent (19,8 qəpik) olub.
Onu da bildirək ki, bu ilin iyul ayında Azərbaycanın daxili bazarında bir ədəd yerli yumurtanın orta pərakəndə satış qiyməti 18 qəpik təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top