
Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobili Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində yanıb.
Yeniavaz.com xəbər verir ki, hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib, xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz