Tramp “Məkkə sazişi”ndən yazdı


ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkə Qarşılıqlı Müdafiə Sazişini imzalamasından çox məmnun olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.
ABŞ liderinin sözlərinə görə, bu sənəd Yaxın Şərq ölkələrinin birliyindən xəbər verir. Tramp hesab edir ki, indi onlar özlərini daha effektiv şəkildə müdafiə edə biləcəklər.
O, həmçinin üç dövlətin rəhbərliyini müqavilənin imzalanması münasibətilə təbrik edib və bunu böyük, cəsarətli və vacib ilk addım adlandırıb.
“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda nəhayət Məkkə Qarşılıqlı Müdafiə Sazişini imzaladığını görməkdən çox məmnunam. Bu, Yaxın Şərqin necə birləşdiyini və nəhayət özlərini daha effektiv şəkildə necə müdafiə edə biləcəklərini göstərir. Bu üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və vacib ilk addımdır!”, - deyə Amerika lideri “Truth Social”da bildirib.
Qeydb edək ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Məkkədə kollektiv müdafiə müqaviləsi imzalayıblar. Sazişdə ölkələrdən hər hansı birinə edilən hücumun bütün imzalayanlara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top