Bəzi yollarda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.

DİGƏR XƏBƏRLƏR

Top