İran vətəndaşların “düşmən media”ya müsahibə verməsini qadağan edir – Təsdiqləndi


İran parlamenti İslam Respublikasına düşmənçilik edən xarici media qurumları ilə müsahibələri və digər əlaqələri cinayət hesab edən qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın “Shargh” qəzeti məlumat yayıb.
Məlumata görə, qanun layihəsi hələ Konstitusiya Keşikçiləri Şurası tərəfindən nəzərdən keçirilməlidir.
Qanun layihəsi Amerika, İsrail və bu ölkələr tərəfindən maliyyələşdirilən media qurumları ilə müsahibələri və müzakirələrdə iştirakı qadağan edir.
Qanun pozuntuları altı aydan iki ilə qədər həbs cəzası ilə cəzalandırılır. Digər xarici media qurumları ilə əlaqə saxlamaq üçün Kəşfiyyat Nazirliyinə bildiriş göndərilməlidir.
Xarici İşlər Nazirliyinin bildirişi və yazılı icazəsi olmadan xarici səfirliklər və təşkilatlarla əlaqə saxlamaq cərimə və müəyyən sosial hüquqların məhdudlaşdırılması ilə nəticələnə bilər.
Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.
Qanun layihəsi, İranın təhlükəsizliyini və ya müstəqilliyini təhdid edən xarici kəşfiyyat xidmətlərinin rəhbərliyi altında hazırlanmış siyasi və ya qanunvericilik təkliflərinə görə 30 ilə qədər həbs cəzası nəzərdə tutur. Bu cür işlərə İnqilab Məhkəmələri tərəfindən baxılacaq.
İrana qarşı casusluq və ya kəşfiyyat fəaliyyətində təqsirli bilinənlər ölüm cəzası da daxil olmaqla cəza ilə üzləşə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top