
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumata görə, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 22 və 23 avqust tarixlərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
2-ci turun oyun cədvəlini təqdim edirik:
22 avqust (şənbə)
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45
Tətbiqimizi yükləyə bilərsiniz