Ronaldodan şok açıqlama – Karyerasını gələn il bitirə bilər


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo cari mövsümdən sonra peşəkar karyerasını bitirə biləcəyini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o “Vogue” jurnalına müsahibəsində bildirib.
"Bu, yəqin ki, futbolda son ilimdir və böyük bir miras qoymaq istəyirəm”, - Ronaldo qeyd edib.
O, həmçinin bütün gələcəyini planlaşdırdığını qeyd edib.
“Məni məşğul edəcək o qədər çox şey var ki, yalnız birini seçmək çətindir. Çünki futbol bitəndə böyük bir boşluq qalır və bu vaxtı yalnız bir şeylə deyil, fərqli şeylərlə doldurmaq lazımdır”, - deyə beşqat “Qızıl top” mükafatçısı bildirib.
Qeyd edək ki, 41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir. O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayıb. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib.
Ronaldo həmçinin milli komandada 233 rəsmi oyunda 146 qol vuraraq dünya rekordçusu olaraq qalır.
Ronaldo ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 37 oyunda iştirak edib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top