
Son hesabatlar göstərir ki, İsrailin Qəzzada davam edən münaqişəsi üçün birbaşa hərbi və dövlət xərcləri təxminən 420 milyard şekelə (təxminən 142 milyard ABŞ dolları) çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İsrailin “Haaretz” qəzetində dərc edilən hesabatda öz əksini tapıb.
Bununla da, 2023-cü ilin 7 oktyabrdan bəri davam edın müharibə İsrail tarixində ən uzun və ən bahalı müharibə olub.
Bu dövrdə dövlət borcu isə təqribən 400 milyard şekel (təxminən 135 milyard dollar) təşkil edib.
Müdafiə xərcləri 2023-cü ilin oktyabr ayından bəri ikiqatdan çox artıb və bu da beynəlxalq bazarlarda ağır borclanmaya səbəb olub və dövlət xidmətlərinə uzunmüddətli təzyiq yaradıb.
Hesabatda qeyd olunur ki, sursat ehtiyatları daha qısamüdddətli müharibələr üçün hazırlanmasına baxmayaraq, sursat istehlakı və əməliyyat müddəti müharibədən əvvəlki ilkin proqnozları xeyli üstələyib.
Belə ki, 2023-cü ilin oktyabr ayının sonlarında Qəzzada quru əməliyyatına başlayan İsrailin döyüş proqnozu üç aylıq olub.
Tətbiqimizi yükləyə bilərsiniz