“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edə bilər


“Əl-Hilal” fransalı hücumçu Kərim Benzema ilə müqaviləni ləğv etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “indykaila News” portalı sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, bu addımı atmaqda məqsəd Səudiyyə Ərəbistanı klubunun yeni hücumçu ilə müqavilə bağlamaq istəməsidir.
Portalın məlumatına görə, “Əl-Hilal” Benzema ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edə bilər.
Səudiyyə Ərəbistanı klubunun bu addımının bir səbəbi də “Əl-Hilal”ın “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanmasıdır.
Qeyd edək ki, Benzema “Əl-İttihad”dan ayrıldıqdan sonra 2026-cı ilin fevral ayında rəsmi olaraq “Əl-Hilal”a qoşulub. O, peşəkar karyerasına “Lion”da başlayıb, daha sonra 2009-cu ildə “Real Madrid”lə müqavilə imzalayıb və orada 14 mövsüm keçirib.
Benzema “Real Madrid”lə beş Çempionlar Liqası titulu u da daxil olmaqla 25 kubok qazanıb. 2022-ci ildə Benzema “Qızıl top”a layiq görülüb. 2023-cü ilin yayında o, Madriddən ayrılıb və karyerasını “Əl-İttihad”da davam etdirib. “Əl-Hilal”a qoşulmazdan əvvəl fransalı hücumçu Səudiyyə Ərəbistanı liqa və kubok titullarını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top