“Sabah” – “Hapoel” oyununun biletləri satışa çıxarıldı


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) oyununun biletləri satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Biletləri onlayn şəkildə "Iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top