Türkiyədə bir gündə üç PUA-nın qalıqları tapıldı


Türkiyə son 24 saat ərzində üçüncü pilotsuz uçuş aparatının (PUA) qalıqları tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Nefes" qəzeti məlumat yayıb.
Məlumata görə, gövdə hissəsi Qara dəniz sahilində, Sakarya vilayətində tapılan PUA-nın digər hissələri Başoğlu kəndi yaxınlığında aşkar edilib.
PUA qalıqları çimərliyə çağırılan polis və sahil mühafizəçiləri tərəfindən tapılıb.
Qəzetin məlumatına görə, PUA-da partlayıcı maddə olmayıb.
Türkiyə KİV-in xəbər verdiyi kimi, qalıqıar Rusiya-Ukrayna münaqişəsi ilə əlaqəli ola bilər. Lakin onun mənşəyi və məqsədi ilə bağlı yekun nəticələr araşdırmadan sonra veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top