Ukraynanın sabiq prezidenti Bakıya gəldi


Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” - deyə o qeyd edib.
Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top