
İran ordusunun Baş Qərargah rəisi Əmir Hatəmi əsir götürülən və ya öldürülən hər bir Amerika hərbçisi üçün mükafat verəcəyini vəd edib.
Yeniavaz.com İran KİV-ə istinadla xəbər verir ki, o, istənilən iranlının hər ABŞ hərbçisi üçün 30 000 dollar mükafat ala biəcəyini qeyd edib.
Xatəminin sözlərinə görə, mükafat fondu İran xalqı tərəfindən təmin ediləcək.
Qeyd edək ki, İran rəsmiləri əvvəllər ABŞ Prezidenti Donald Trampın sui-qəsdinə görə mükafat təklif etmişdilər. Mayın 15-də yüksək vəzifəli millət vəkili İbrahim Əzizi təklif olunan parlament qanun layihəsinə 50 milyon avro mükafatın daxil olduğunu açıqlamışdı. Amerikalı siyasətçidən əlavə, sənəddə İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper də yer almışdı. Digər tərəfdən, “The Wall Street Journal” qəzeti İsrailin ABŞ-yə İranın Amerika Prezidentinə qarşı daha bir sui-qəsd cəhdi hazırladığını göstərən kəşfiyyat məlumatlarını təqdim etdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz