İran iğtişaşların daha bir iştirakçısını edam etdi


İranda 2026-cı ilin yanvar ayında baş verən iğtişaşlarda iştirak edən Şahram Sadeqi edam edilib.  
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranda məhkəmə qərarı çıxarılıb.
O, iğtişaşlar zamanı avtomobilini yüksək sürətlə qəsdən yeddi hüquq-mühafizə orqanı əməkdaşının üzərinə sürməkdə təqsirli bilinirdi.
İran məhkəmə sisteminin məlumatına görə, hadisə 8 yanvar axşamı Kərəcdə baş verib. Nəticədə, yeddi polis əməkdaşı başından, gözlərindən, ayaqlarından və qollarından ağır xəsarətlər alıb.
Hakimiyyət orqanlarının məlumatına görə, zərərçəkənlərdən biri üç ay komada qalıb.
Hadisədən sonra Sadeqi hadisə yerindən qaçıb və daha sonra iğtişaşçıların köməyi ilə avtomobili yandırıb.
İran hakimiyyəti bildirib ki, Sadeqinin hərəkətləri antiiran media tərəfindən geniş dəstək alıb.
Ölüm hökmü bu gün səhər tezdən icra edilib.

DİGƏR XƏBƏRLƏR

Top