
İyulun 29-da Sarıyerdəki evində ölü tapılan 2021-ci il MasterChef Türkiyə çempionu, məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi ilə bağlı ilkin hesabat açıqlanıb.
Yeniavaz.com “Haberler.com” portalına istinadla xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən hazırlanan ilkin autopsiya hesabatında Kaşıkçının ürək tutmasından öldüyü bildirilib.
Hesabatda onun həyatı üçün təhlükə yarada biləcək hər hansı bir xroniki xəstəliyinin və ya sağlamlıq probleminin olmadığı qeyd edilib.
Faciəvi hadisə Kaşıkçının uzun müddət ondan xəbər ala bilmədiyi üçün biznes ortağının evinə getməsi nəticəsində ortaya çıxıb.
Hadisə yerinə gələn təcili yardim heyəti cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparıblar.
Müayinələr zamanı Kaşıkçının 14-15 saat əvvəl öldüyü müəyyən edilib.
Məşhur aşpazın ölümü ilə bağlı istintaq davam edir. Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən hazırlanan yekun hesabat prokurorluğa təqdim edildikdən sonra istintaqın və hüquqi prosesin rəsmi olaraq başa çatacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz