İsrail ”Hizbullah”ın yüksək rütbəli komandirini öldürdü


Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq “Hizbullah” hərəkatının “Bədr” briqadasının yüksək rütbəli komandiri öldürülüb.
Yeniavaz.com
xbəər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat verib.
“İDF “Hizbullah”ın təhlükəsizlik zonasındakı (Livanın cənubu) əsgərlərə qarşı hərəkətlərinə cavab olaraq hərəkatın ”Bədr” briqadasının yüksək rütbəli komandiri Əbu Həsən Alaanı öldürüb”, - məlumatda qeyd edilib.
Hərbçilərin sözlərinə görə, həmin şəxs təhlükəsizlik zonasında fəaliyyət göstərən İDF əsgərlərinə qarşı çoxsaylı hücumların təşkilində, o cümlədən Livanın cənubundakı əsgərlərə partlayıcı maddələrlə yüklənmiş dronların atılmasında iştirak edib.
İDF-nin məlumatına görə, o, son illərdə əsgərləri və İsrail mülki şəxslərini hədəf alan bir neçə “Hizbullah” döyüş bölməsinin komandanı olub.
Mətbuat xidməti davam edərək bildirib ki, Alaa “Hizbullah”ın əsgərlərə qarşı hərəkətlərinə görə qisas olaraq öldürülüb. Onun öldürülməsi “Hizbullah”ın komandanlıq və nəzarət imkanlarına ciddi zərbə vurub.
Qeyd edək ki, şənbə günü İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhəri və Ənsar kəndi yaxınlığındakı “Hizbullah” infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. Ordunun mətbuat xidməti bildirib ki, zərbələr “Hizbullah” silahlılarının Livanın cənubundakı Əli əl-Tahir dağ silsiləsində İsrail qoşunlarına qarşı hərəkətlərinə cavab olaraq həyata keçirilib. Hücum nəticəsində üç İsrail əsgəri yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top