
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi üzərində razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Press TV” telekanalı İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqaiyə istinadla məlumat verib.
“Tehran və Maskat gəmilərin Hörmüz boğazından keçməsi üçün xəritə üzərində razılığa gəliblər, baxmayaraq ki, bəzi məsələlər hələ də müzakirə olunur”, - telekanal bildirib.
Digər tərəfdən, İran və Oman Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparırlar.
Telekanalın məlumatına görə, müqavilə iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur. Sazişə əsasən, Hörmüz boğazından Fars körfəzinə gedən bütün gəmiçilik İran sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Hörmüz boğazından Ərəbistan dənizinə gedən bütün gəmiçilik isə İranla koordinasiyalı şəkildə Oman sularından keçən cənub marşrutu ilə baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz