“USS Abraham Lincoln”da hərbçilərin psixoloji vəziyyəti ilə bağlı narahatlıq yaranıb


ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin ekipajının təxminən doqquz aydır fasiləsiz dənizdə olması hərbçilərin psixoloji vəziyyəti ilə bağlı narahatlıq yaradıb.
Yeniavaz.com
xəbər verir ki, “The Guardian”ın məlumatına görə, gəmidə təxminən 5 min hərbçi xidmət edir. Ekipaj üzvləri arasında su təchizatı və santexnika problemləri, aşağı əhval-ruhiyyə və psixoloji gərginliklə bağlı məlumatlar yayılıb. Bəzi hallarda dənizçilərin dənizə tullanmağa cəhd etdiyi də bildirilib.
ABŞ Hərbi Dəniz Qüvvələri isə intihar düşüncələri və ya cəhdlərinin artdığını göstərən məlumatın olmadığını açıqlayıb. Qurum gəmidə tibbi və psixoloji mütəxəssislərin, keşişlərin və digər dəstək xidmətlərinin olduğunu bildirib.
Keçmiş yüksək rütbəli dəniz zabitləri isə təxminən doqquz aylıq fasiləsiz xidmətin, xüsusilə döyüş şəraitində, ekipaj üçün ciddi psixoloji yük yaratdığını deyirlər. Onların sözlərinə görə, limanlara girişin və quruda istirahətin olmaması, eləcə də geri qayıdış tarixinin dəfələrlə dəyişdirilməsi gərginliyi artırır.
Məlumata görə, ABŞ ordusu “USS Abraham Lincoln”u başqa bir təyyarədaşıyan gəmi ilə əvəz etməyə hazırlaşır. Bu addım gəminin uzunmüddətli dislokasiyasına son qoysa da, Yaxın Şərqdəki əməliyyatların ABŞ hərbçilərinə yaratdığı yükü bir daha gündəmə gətirir.

DİGƏR XƏBƏRLƏR

Top