İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 8,5 milyard frankı keçib


İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 2026-cı ilin iyun ayına qədər 8,5 milyard İsveçrə frankına çatıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Fabian Maienfisch məlumat verib.
Onun sözlərinə görə, 1 iyun 2026-cı il tarixinə İsveçrədə ümumilikdə 8,5 milyard İsveçrə frankı dəyərində maliyyə aktivləri dondurulub. Bu göstərici bir il əvvəl 7,4 milyard frank təşkil edib.
Sanksiyalara məruz qalan şəxslər və təşkilatlara məxsus 14 daşınmaz əmlak da məhdudiyyətlərə tabedir. Bundan əlavə, idman və lüks avtomobillər, sənət əsərləri, mebel və musiqi alətləri də sanksiyalar çərçivəsində dondurulub.
Eyni zamanda, Rusiya Mərkəzi Bankının İsveçrədə immobilizasiya edilmiş ehtiyat və aktivlərinin həcmi 6,8 milyard frank təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 7,2 milyard frank olub.

DİGƏR XƏBƏRLƏR

Top