
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin komandadan ayrıldığı barədə məlumat yayılıb.
Yeniavaz.com xəbər verit ki, sosial şəbəkələrdə 34 yaşlı futbolçunun ötən gün klubun düşərgəsini tərk edərək Qətərə yollandığı yazılır.
Zubirin karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi gözlənilir. Tərəflər arasında müqavilə razılaşdırılıb. Futbolçu tibbi müayinədən keçdikdən sonra transferin rəsmi şəkildə elan olunması planlaşdırılır.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi.
Tətbiqimizi yükləyə bilərsiniz