Trampa Almaniyada fəxri vətəndaş statusu verməkdən imtina etdilər

Donald Trampın nənə və babasının vətəni olan Reynland-Pfalts federal əyalətinin Kalştatd kommuna şurası ABŞ-ın yeni prezidentinə fəxri vətəndaş statusu verməkdən imtina edib. "Yeniavaz.com"un TASS agentliiynə istinadən verdiyi məlumata görə, bu barədə yerli burqomistr Tomas Yavorek məlumat verib. O deyib ki, kommuna heç vaxt belə bir addım atmayıb və gələcəkdə də atmayacaq. Qeyd edək ki, Trampa fəxri vətəndaş verilməsi təşəbbüsü ilə Almaniya Milli Konservativ Partiyası, Almaniya Respublikaçılar Partiyası və digərləri çıxış etmişdilər. Xatırladaq ki, Donald Trampın babası Frederik Tramp 1869-cu ildə Kalştatdda anadan olub. O 1885-ci ildə Amerikaya köçərək orada yaşamağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top