Hörmüz boğazı “tvitlə” ələ keçirilə bilməz – İrandan Trampa cavab


Hörmüz boğazının bağlanması və ya açılması barədə qərar yalnız Tehranın səlahiyyətindədir.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi bildirib.
Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətinə dair açıqlamasına cavab olaraq bildirib ki, strateji su yolu “tvitlə, təyyarədaşıyan gəmi ilə və ya seçki çıxışı ilə ələ keçirilə bilməz”.
İranlı diplomat vurğulayıb ki, Hörmüz boğazı İranın nəzarətində olub, hazırda da belədir və Tehran ABŞ-nin “strateji məğlubiyyətlərini” etiraf edənədək boğazın blokadasını davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top