“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub


“Sabah” futbol klubu UEFA-nın 2026/27 mövsümündə klub turnirlərinin seçmə mərhələsində ən yaxşı nəticə göstərən 20 komanda arasında yer alıb.
Yeniavaz.com
xəbər verir ki, “Football Meets Data”nın statistikasına əsasən, “Sabah” seçmə mərhələsində keçirdiyi 6 oyunda 5 qələbə, 0 heç-heçə və 1 məğlubiyyət əldə edib.
Azərbaycan klubu bu nəticə ilə mümkün xalların 83%-ni toplayıb və 181 klubun yer aldığı siyahıda 17-ci pillədə qərarlaşıb.
Siyahının ilk 3 pilləsində Türkiyənin “Beşiktaş”, Serbiyanın “Partizan” və Avstriyanın “Rapid Vyana” klubları yer alıb. Bu üç klub keçirdikləri 4 oyunun hamısında qalib gələrək mümkün xalların 100%-ni toplayıb.
Türkiyənin daha bir klubu – “Fənərbağça” isə 4 oyundan 3-də qələbə, 1-də heç-heçə əldə edərək siyahıda 88%-lə 9-cu sırda yer alıb. 
İlk 20-likdə “Sabah”dan başqa keçmiş SSRİ məkanından yalnız bir klub – Latviyanın “Riqa” klubu 75%-lə 19-cu pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top