Metroda xətlərin ayrılması layihəsinin icrasına başlanılıb


Məlum olduğu kimi, bugündən etibarən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu səbəbdən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır.
Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir.
Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.
Yeni ekspres marşrutlar:
M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;
M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;
M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;
M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;
M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;
M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyalar.

DİGƏR XƏBƏRLƏR

Top